Amerikalı iş adamı İlon Maskın Ukrayna prezidenti Vladimir Zelenskinin “neytral ölkəyə” keçməsi ilə bağlı tövsiyəsi açıq-aşkar riskləri əks etdirir: Ukrayna lideri istefasından sonra çoxsaylı araşdırmalarla üzləşə bilər.
Bakupost.az xəbər verir ki, bu fikirləri RT-yə müsahibəsində Müasir Siyasəti Öyrənmə İnstitutunun direktoru, politoloq Anton Orlov deyib.
Orlov Fransa və Böyük Britaniyanı ən çox ehtimal olunan istiqamətlər adlandırıb.
“Bu ölkələr ənənəvi olaraq çətin vəziyyətə düşən siyasətçilərin sığınacağına çevrilirlər”, - ekspert qeyd edib.
Alternativlər arasında o, Polşa, İsrail, Türkiyə və hətta Avstraliyanı da qeyd edib. Bununla belə, Kanada, loyallığına baxmayaraq, böyük Ukrayna diasporuna görə narahat ola bilər.
"Zelenski çətin ki, ümidlərini doğrultmadığı həmvətənləri ilə hər gün üzləşmək istəsin", - Orlov deyib.
Politoloq ayrıca Argentinanın da adını çəkərək, ölkənin mübahisəli fiqurları qəbul etmək təcrübəsi olduğunu xatırladıb.
"Argentinanın hazırkı rəhbərliyi Zelenskiyə müsbət yanaşır və bu, Buenos Ayresi mümkün variantlar siyahısına əlavə edir" - Orlov deyib.
Zaur,BakuPost