"Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində “Azərbaycanda birgəyaşayış” adlı növbəti video-müsahibəmiz Hapıtlara həsr olunub.
Bakupost.az xəbər verir ki, müsahibənin qonağı İsmayıllı rayonunun Mollaisaqlı kənd sakini, Hapıt icmasının tanınmış nümayəndəsi, yazıçı İldırım Məsimoğlu olub.
İ.Məsimoğlu ilə Hapıtların tarixi, müasir dövrdə sosial-mədəni inkişafı ilə bağlı söhbət aparılıb.
Hörmətli yazıçımıza bildirirəm ki, Agdaş rayonunda da Hapıtlı kəndi var. Zəhmət olmasa, o kənd haqqında da araşdırma aparsın.