Ru
14:09 / 06 Dekabr 2024

Hava limanında 20 min cəsəd var - BMT-dən sesnsasion açıqlama

Hava limanında 20 min cəsəd var - BMT-dən sesnsasion açıqlama
1467


Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi Yoxaçıxmalar Komitəsinin nümayəndəsi Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı bir hava limanı anqarında təxminən 20 min naməlum cəsədin saxlanıldığını iddia edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT ekspertlərindən Karmen Roza Villa bu cəsədlərin mühafizə altında olduğunu bildirib.

O qeyd edib ki, onlar şəxsiyyətləri müəyyən edilmədiyi üçün hələ dəfn edilməyib.

Villa vurğulayıb ki, bu vəziyyət BMT-ni narahat edir, çünki lazımi məhkəmə-tibbi ekspertiza işlərini həyata keçirə biləcək təlim keçmiş mütəxəssislər və qalıqları saxlamaq üçün uyğun yerlər yoxdur.

Kolumbiya Hüquq-Tibb və Məhkəmə Elmləri İnstitutu isə hava limanında belə bir anqarın və 20 min naməlum cəsədin mövcudluğu ilə bağlı iddiaları rədd edib. İnstitutdan bu anqarın varlığından xəbərləri olmadığını bəyan ediblər.

Həmçinin cəsədlərin Kolumbiyadakı münaqişələr zamanı həlak olmuş və ya uzun illərdir itkin düşmüş şəxslərlə əlaqəsinin olub-olmaması barədə heç bir açıqlama verilməyib. Yerli mətbuatın daha əvvəlki məlumatlarına görə, Boqotadakı İtkin Şəxslərin Genetik Profilləri Bankında 8 min naməlum cəsəd məlumat çatışmazlığı səbəbindən təhvil verilməyib və depolarda saxlanılır.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar