Ru
14:37 / 27 Fevral 2025

Həbs olunan Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama

Həbs olunan Nurlan Librenin evindən qızıl götürülüb? - DİN-dən açıqlama
Eye

İqtisadi fəaliyyət sahəsində olan cinayət faktı ilə əlaqədar şübhəli şəxs qismində həbs edilən Nurlan Qəhrəmanlının (Libre) yaşadığı evdə aparılan axtarışla bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirilib.

Bakupost.az Qafqazinfo-ya istinadən məlumatına görə, DİN-in Mətbuat Xidmətənin əməkdaşı Elburus İbrahimov bildirib ki, barəsində cinayət təqibi həyata keçirilən N.Qəhrəmanlının yaşadığı ünvanda məhkəmə qərarı əsasında özünün və ailə üzvlərinin iştirakı ilə axtarış aparılıb: “Həmin ünvandan 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Nurlan Librenin həyat yoldaşı Əsli Əlizadə müsahibəsində yaşadıqları evdə həyata keçirilmiş axtarış zamanı qızıl əşyaların götürüldüyünü iddia etmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar