Ru
22:59 / 29 İyun 2024

Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO

4602
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının yeni mahnısı təqdim olunub.

Bakupost.az xəbər verir ki, meyxanaçının həmkarı Natiq Ələkbərli ilə birgə səsləndirdiyi "Yaxşıların qardaşı" adlı ifa onun rəsmi Yutub hesabında yayımlanıb.

Mahnı R.Dağlı həbs olunmamışdan əvvəl yazılıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər