Ru
11:20 / 26 Aprel 2025

Həkimlər nə deyir? - Əvəz Zeynallı səhhətindən DANIŞDI

Həkimlər nə deyir? - Əvəz Zeynallı səhhətindən DANIŞDI
Eye

"İlk növbədə sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün tələb olunan müayinələrdən keçməliyəm".

Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı deyib.

O bildirib ki, müayinələrin nəticələrindən sonra həkimlər nə tövsiyə etsə, ona uyğun müalicə metodu seçiləcək:

"Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram".

Xatırladaq ki, aprelin 25-də "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhəti ilə bağlı cəzadan azad edilib. Əvəz Zeynallının bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxduğu bildirilib.

O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürov isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar