Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:10 / 29 Mart 2024

Heç bir ölkədə diplomlu həkim sertifikasiyadan keçirilmir - Nazirliyə sərt ittiham

3919
“Bu məsələyə aydınlıq gətirmək üçün gərək birinci dünya təcrübəsinə baxaq. Xarici ölkələrdə həkimlərin sertifikasiya imtahanı varmı? Dünyanın heç yerində belə bir şey yoxdur ki, Tibb Universitetini bitirib, diplom alan adam yenidən imtahan sisteminə cəlb olunsun”.



Bunu Bakupost.az -a açıqlamasında professor Adil Qeybulla həkimlərin sertifaksiya imtahanı haqda danışarkən deyib.


O qeyd edib ki, dünyada həkimlərin fəaliyyətini izləyən, ona qiymət, lisenziya verən akkreditasiya sistemi var:


"Bu sistem həkimə fəaliyyət lisenziyası verir. Fəaliyyəti dövründə həkimin fəaliyyəti yoxlanılır və ondan sonra lisenziyanın müddəti uzadılır. Bu baxımdan akkreditasiya sistemi daha effektlidir. Qaldı ki, sertifikasiya imtahanı kimə lazımdır ki? Hələ sulların anormallığını bir kənara qoyuram. Düşünürəm ki, bu məsələ ilə bağlı dəyişiklik edilməlidir. Yanaşma dünyanın getdiyi yol olmalıdır".

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar