Ru
21:38 / 19 Fevral 2025

Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz - Sibiqa

Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz - Sibiqa
1032

Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə dözüb.

"Ukrayna xalqı və onun prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik", - XİN rəhbəri yazıb.

Qeyd edək ki, prezident Donald Tramp Ukrayna prezidentini ABŞ yardımını israf etməkdə ittiham edib və "seçkisiz diktator" adlandırıb.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar