Yaponiyalı Sedzi Morimoto heç nə etmədən günə 300 dollar qazana bilir. O, sadəcə kiməsə bir neçə saat vaxtını ayırır, yoldaşlıq edir və əvəzində bir neçə saata 100 dollar alır.
Bakupost.az xəbər verir ki, səyahətçi Dryu Binski Sezdinin xidmətindən istifadə edərək, ona sadəcə barda, kafedə yanında oturub yoldaşlıq etməsi üçün 200 dollar ödəyib.
Saatlıq dost xidməti sayəsində Sedzi ildə 80 min dollar qazanır. 40 yaşlı kişi hərdən qəribə müştərilərinin olduğunu da etiraf edib. Bir dəfə bir qadın ona pul ödəyərək, necə kağız yeməsini izləməsini istəmişdi.
Kişi gündə bəzən 2 müştərisinin olduğunu bildirib:
“Xahişlər müxtəlif olur. Eləsi var, istəyir ki, onunla balıq ovuna gedim, eləsi var, sadəcə nahara dəvət edir, eləsi var, içkiyə.
Bir dəfə isə məni kişi öz həyat yoldaşını izləmək üçün tutmuşdu. Mən onun arvadını sosial şəbəkələrdə izləməliydim”.
Yaponiyada saatlıq dost xidmətini ilk dəfə Sedzi elan edib. İnsanlar ona güvənir.
Aygün Musayeva
BakuPost