Ru
23:18 / 19 Dekabr 2024

"Heç vaxt ölkəmi tərk etməyəcəm"

"Heç vaxt ölkəmi tərk etməyəcəm"
780
Serbiyanı heç vaxt tərk etməyəcəyəm, çünki bunun üçün mübarizə aparıram və ölkəni dirçəldirəm, siyasi məqsədlərlə uşaqlardan istifadəyə, zorakılığa qarşı mübarizə aparacağam.


Bakupost.az Modern-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Brüsseldə keçirilən Avropa İttifaqı-Qərbi Balkan ölkələri Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.


“Nə qədər ki, sağam, Serbiyada yaşayacağam. Xaricdə heç bir hesabım yoxdur. Xaricdə daşınmaz əmlakım yoxdur. Serbiyadan kənarda, heç bir yerdə heç nəyim yoxdur. Serbiya mənim həyatımdır. Serbiya uğrunda döyüşmüşəm və onu layiqincə təmsil etmişəm”, - deyə Serbiya Prezidenti bildirib.


Aleksandar Vuçiç Serbiyanın Brüsseldə hörmət qazandığını, ölkəsinin Avropa İttifaqına üzvlük yolunda 3-cü klasteri yanvarın sonu, fevralın əvvəlində açacağına əmin olduğunu qeyd edib.


O, ölkəsinin ABŞ-la münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyət verdiyini, Birləşmiş Ştatların Serbiyanın Avropaya inteqrasiyasına dəstəyini gözlədiyini vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar