Müstəqil “M.Teatr” (“Mənim teatrım”) səhnəsində həftəsonu maraqlı tamaşalar təqdim olunacaq.
Teatrdan
Bakupost.az -a verilən məlumata görə, aprelin 5-i, saat 19:00-da “M.Teatr”-da məşhur amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povestinin motivləri əsasında hazırlanan
"Adamlar və siçanlar" tamaşası nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist İlqar Cahangir, musiqi tərtibatçısı Elvin Mirzəyev, səhnə tərtibatçısı Ramiz Qəmbərov, rejissor köməkçisi Cavid Babadır.
Rolları əməkdar artist İlqar Cahangir, Ayla Rüstəm, Niyaz İlyasoğlu, Şamil İbrahimov, Tural Rzayev, Səid Hüseynzadə, Cavid Baba ifa edəcəklər.
Aprelin 6-da, saat 19:00-da isə teatrda İlqar Fəhminin ssenarisi əsasında "Vəliəhd" tamaşası nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissor Xalq artisti Vidadi Həsənovdur.
Tamaşada rolları Vidadi Həsənov, Cavid Baba, Tural Rza, Qəzənfər Musabəyov, Əfqan Sultanov, Fəqan Əliyev ifa edəcəklər.
Tamaşalara biletləri
https://iticket.az/ onlayn bilet satış portalından və teatrın kassasından əldə edə bilərsiniz.
Teatrın ünvanı: Tbilisi prospekti 76, Qanun Nəşriyyatının binası (3-cü mərtəbə)
Lalə, BakuPost