Həkim Ketrin Manniks insanın ölümdən əvvəl son anlarda nə hiss etdiyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Manniks ölüm prosesini təsvir edərkən qeyd edib ki, bu zaman insan bədənində enerji tükənir. O, ölmək üzrə olan insanı batareyası doldurulmayan köhnə telefonla müqayisə edib.Həkim insan yuxusunu enerji yığmaq üçün bir vasitə kimi təsvir edib.
O qeyd edib ki, bir çox insanlar həyatlarının son anlarında aclıq hiss etmirlər.Ölümdən əvvəl yemək yemirlər, çünki bədən ölüm prosesinə daxil olur.
Həkim əlavə edib ki, yaş artdıqca insan daha çox yatmalıdır ki, fəaliyyət göstərməyə və düşünməyə gücü çatsın. Ancaq tədricən insan özünü şüursuz vəziyyətdə "tapır". Orqanizm “yenidən başlamağa” cəhd göstərə bilər ki, bu da sonradan kliniki ölümlə nəticələnə bilər.
Lalə, BakuPost