Ru
14:59 / 09 Aprel 2025

Həkimlər 16 yaşlı qızın kəllə sümüyünü mədəsinə yerləşdirdi

Həkimlər 16 yaşlı qızın kəllə sümüyünü mədəsinə yerləşdirdi
Eye

İngiltərədə yaşayan 16 yaşlı Elli Morris-Devis nadir rast gəlinən bir beyin qanaması sonrası kəllə sümüyünün bir hissəsini mədəsində daşımalı olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Habertürk" bildirib.

İngiltərənin Liverpul şəhərində keçən il nadir rast gəlinən "kavernom" diaqnozu qoyulmuş Elli Morris-Devis 13 həftə ərzində 9 dəfə beyin əməliyyatı keçirib.
Müalicə prosesi zamanı həkimlər, infeksiya riskini azaltmaq və bərpa prosesini asanlaşdırmaq məqsədilə baş sümüklərinin bir hissəsini müvəqqəti olaraq qarın boşluğuna yerləşdiriblər.

Həkimlər bu tibbi müdaxiləni gənc qızın həyatını xilas edən mühüm bir addım olduğunu bildiriblər.

Elli keçirdiyi əməliyyatlardan sonra yenidən gəzmək, danışmaq və udmağa başlayıb.

Elmina Qasımova,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar