Ru
11:48 / 23 Dekabr 2024

Həkimlər pasiyent məlumatlarına birbaşa çıxış imkanı əldə edəcək

Həkimlər pasiyent məlumatlarına birbaşa çıxış imkanı əldə edəcək
722


“İnstrumental müayinəyə dair şəkillərin bir bazada toplanması və əlçatanlığın təmin edilməsi üçün Mərkəzi PACS sistemi qurulub”.
 
Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, həmin sistemə hazırda 16 tibb müəssisəsinin bütün müvafiq tibbi avadanlıqları inteqrasiya edilib, sistemdə 400 minə yaxın pasiyentin məlumatları yerləşdirilib:
 
“E-tabib” xəstəxana idarəetmə sisteminin, İT infrastrukturun təkmilləşdirilməsi və İnformasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı da uğurla addımlar atılıb. Xəstəxana idarəetmə sisteminin mobil versiyası da hazırlanıb. Bu sistem sayəsində həkimlər hər yerdən pasiyent məlumatlarına sürətli və təhlükəsiz çıxış əldə edirlər ki, bu da diaqnostika və müalicə proseslərini xeyli sürətləndirir. Eyni zamanda pasiyentlərin tibbi tarixçəsinə dərhal çıxış imkanının olması həkimlərə fərdi yanaşmanı təmin etməyə və daha effektiv müalicə üsulları tətbiq etməyə imkan verir. Sözügedən sistemin 2025-ci ilin birinci rübündən başlayaraq tətbiq edilməsi planlaşdırılır”.

Aygün, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar