Ru
19:57 / 11 Fevral 2025

Həkimlər üzülən əli yerinə tikdilər - FOTO

Həkimlər üzülən əli yerinə tikdilər - FOTO
936

Rusiyanın Novosibirsk şəhərində 34 saylı Şəhər Klinik Xəstəxanasının cərrahları xəstənin tibb müəssisəsinə daxil olmasından 18 dəqiqə sonra onun kəsilmiş əlini yenidən yerinə bitişdiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə yanvarın ortalarında, kişi elektrik aləti ilə işləyərkən baş verib. O, saat 17:42-də xəstəxanaya çatdırılıb və saat 18:00-da mürəkkəb mikrocərrahi əməliyyat başlayıb.

Əməliyyat bir neçə saat davam edib və kəsilmiş əl uğurla yerinə tikilib.

“Əməliyyat tam dəqiqlik tələb edirdi. Həkimlər tədricən zədələnmiş strukturları bərpa edərək əlin həyat qabiliyyətini təmin etdilər”, - deyə baş həkim Yaroslav Frolov bildirib

Xəstəni uzun bir reabilitasiya kursu gözləyir və o, müalicəsini davam etdirir.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar