Ru
18:00 / 10 Yanvar 2025

"Hələ də bilmirlər ki, hansı addımları ataracaqlar" - Deputat

"Hələ də bilmirlər ki, hansı addımları ataracaqlar" - Deputat
607


“Erməni tərəfi Fransa, ABŞ və İrandan daha çox dəstək almaq niyyətindədir”

“Ermənistan müstəqil siyasət apara, təkbaşına qərarlar qəbul edə bilmir. Ona görə də bir qütbdən digər qütbə keçməyə çalışır. O, özü üçün yeni sahib axtarışındadır. Bu axtarışlar isə hələlik nəticə vermir. Bu səbəbdən erməni tərəfinin siyasəti və addımları ilə bağlı hansısa proqnozlar irəli sürmək çox çətindir. Onlar hələ özləri də bilmir ki, sabah hansı addımları ataracaqlar”.

Bunu Bakupost.az -a millət vəkili Asim Mollazadə bildirib.


Onun sözlərinə görə, Ermənistan Fransa, ABŞ və İran kimi ölkələrdən daha çox dəstək almaq niyyətindədir. Makron isə Ermənistanın vasitəsi ilə Cənubi Qafqazda nüfuzunu nümayiş etdirmək istəyir:

“Proseslərin inkişafı Ermənistanın sahiblərinin davranışlarından və təkidlərindən asılıdır. İrəvan indi dünyada proseslərin hansı istiqamətdə gedəcəyini gözləyir. Beləliklə, erməni tərəfi yeni və güclü sahibinin yanına qaçmağı düşünür”.

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar