Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:05 / 09 Oktyabr 2024

Həm pulu, həm illəri boşa xərclənir, diplomu isə tanınmır – Xaricdə təhsil alanlar diqqət! - VİDEO

3527

Son dövrlər xaricdə təhsil almaq istəyən tələbələrin sayı günü–gündən artmaqdadır.


Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox Türkiyədə təhsil almağa üz tuturlar. Bəzən bu şəxslər sadəcə attestatla tələbə adını qazanırlar. Təbii burada attestatdakı qiymətlər deyil, valideynlərinin pulu əsas rol oynayır. Valideyn əlindən gələni edir ki, övladı universitetə daxil olsun. Beləcə abituryent tələbə adını qazanır, məzun olur, işləmək üçün ölkəmizə qayıdır. Amma təhsil aldığı sahə üzrə ona iş verən olmur. Çünki diplomu ölkəmizdə tanınmır.


Beləcə bir neçə il və küllü miqdarda vəsait boşa xərclənmiş olur.

Hazırda diploma tanınmayanlar arasında Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində təhsil alanlar üstünlük təşkil edir. Təkcə bu il təhsil alıb gələn 233 nəfərin diploma tanınmayıb.


Bəs bu cür hallardan qorunmaq üçün nələrə diqqət etməliyik?


Bu barədə BTV-nin suallarını təhsil eksperti Səbuhi Abdullayev cavablandırıv:





BakuPost

Şərhlər
  • Mühəndis B.

    Xaricə yalnız Azərbaycanda olmayan zəruri təhsil-ixtisasları öyrənməyə getmək münasib görünür. Diplomun tanınmaması və ya saxtalığında tələbə, ya məzunun günahı yoxsa, vasitəçi-biznes şəbəkələrini cərimələmək ədalətli olmazdımı? İlkin zərurət isə-İzn verin, xarici təhsil müəssisəsi-universitetinin öz agentləri Azərbaycana gəlib, abituriyentlərini özləri qəbul etsinlər! Azsavadlılardan *pul sağmaq* çoxdankı dələduz peşəsi deyilmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar