Suriya ordusunun bölmələri hazırda Həma şəhərindən 8 km şimal-şərqdə müxalif qüvvələrə qarşı döyüşür.
Bakupost.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bundan əvvəl Suriyanın SANA dövlət agentliyi məlumat vermişdi ki, respublika hakimiyyəti şəhərin müxaliflər tərəfindən tutulmasının qarşısını almaq üçün Həmaya böyük ordu qüvvələri göndərib.
Zaur, BakuPost