Fələstinin HƏMAS qruplaşması tərəfindən əsirlikdən azad edilən üç qadına Qəzzadan "hədiyyələr" təqdim olunub.
Bakupost.az xəbər verir ki, bununla bağlı görüntüləri "Ynet" nəşri yayımlayıb.
Nəşrin məlumatına görə, HƏMAS simvolları olan kağız torbalarda "hədiyyələr", o cümlədən Qəzzanın mənzərələri əks olunan açıqca və “azadlıq şəhadətnaməsi” olub.
Yayılan kadrlarda görünür ki, qızlar avtomobilə minməzdən əvvəl "hədiyyələri" nəzakətlə qəbul edir və kameraların qarşısına keçirlər. Nəşr İsrail hakimiyyətinə istinadən bu jesti “əsirlərin psixoloji istismarı”adlandırıb.
Lalə, BakuPost