Ru
23:01 / 10 Dekabr 2024

HƏMAS girovların siyahısını Misirə verib - İDDİA

HƏMAS girovların siyahısını Misirə verib - İDDİA
Eye

Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında saxlanılan israilli girovların siyahısını Misir tərəfinə təhvil verdiyi iddia edilir.

Bakupost.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Onun mənbələrinə görə, vasitəçilər hazırda Qəzzada atəşkəs sazişi bağlamaq üçün aktiv məsləhətləşmələr aparır və guya İsrailə qoşunlarını Filadelfiya dəhlizindən (Misir və Qəzza sərhədindəki ərazinin bir hissəsi) çıxarması üçün təzyiq göstərirlər.

Telekanal bildirib ki, Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə nəzarət Fələstin Milli Administrasiyasına keçməli olacaq.

Nə HƏMAS, nə də Misir tərəfi girovların adları olan siyahının ötürülməsi faktını hələlik təsdiqləməyib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar