HƏMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində altıncı girovu da təhvil verib.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
On ildən artıq Qəzzada əsirlikdə olan şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Qeyd olunub ki, bu gün azad edilən 6 girov artıq İsrail sərhədini keçib, ölkənin şərqindəki qarşılama məntəqəsinə çatıb.