Hansı bank etibarlıdır? - SORĞU
Ru
23:42 / 18 Oktyabr 2024

HƏMAS-ın daha bir komandiri öldürüldü - Sinvarı mühafizə edirdi

526
Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağındakı hərbiləşdirilmiş qüvvələrinin komandiri Mahmud Həmdan oktyabrın 18-də İsrail hərbçiləri tərəfindən məhv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, iki gün əvvəl HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyü yerin yaxınlığında baş verib.

İsrail hərbçiləri bildirib ki,, Həmdan anklavın cənubundakı Tell əs-Sultanda HƏMAS batalyonuna komandanlıq edib və Sinvarın mühafizəsinə cavabdeh olub, həmçinin daha əvvəl bölgədə döyüşlər zamanı həlak olan altı israilli girovu nəzarətdə saxlayıb.

İsrail ordusundan qeyd edilib ki, bir neçə həftə əvvəl Həmdanın artıq məhv edildiyinə dair kəşfiyyat məlumatı daxil olub. Bu məlumata son günlərdə yenidən baxılıb.

"Biz indi başa düşürük ki, bu qiymətləndirmənin əsaslandığı kəşfiyyat məlumatları natamam idi, yəni Həmdan Sinvarı qorumağa davam edirdi. Bu gün, Mahmud Həmdan İDF tərəfindən toqquşma zamanı Sinvarın öldürüldüyü yerdən təxminən 200 metr aralıda öldürüldü”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl HƏMAS xüsusi mesaj yayaraq, Həmdanın İsrail qüvvələrinin hücumu zamanı öldürüldüyünü və bu hücumda Sinvarın da həlak olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, hücum zamanı o, HƏMAS lideri Yəhya Sinvar müşayiət edib".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar