Ru
17:34 / 05 Oktyabr 2024

HƏMAS-ın iki komandiri öldürülüb

503
İsrail Müdafiə Qüvvələri (IDF) və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Livanda keçirdiyi birgə əməliyyat zamanı HƏMAS-ın əməliyyat bölməsinin komandiri Məhəmməd Hüseyn Əli əl-Mahmud öldürülüb.

Bakupost.az İsrail mətbuatına istinadən xəbər verir ki, o, İudeya və Samariya bölgəsində terror aktlarına rəhbərlik edib.

“Əl-Mahmud son illərdə İsrailin xaricdəki obyektlərinə hücumlarda, eləcə də Livanda HƏMAS-ın strukturunun gücləndirilməsi fəaliyyətində iştirak edib və İsrailə raket hücumları üçün silah tədarükü ilə məşğul olub”, - məlumatda qeyd olunub.

Tripoli ərazisində həyata keçirilən daha bir birgə əməliyyat zamanı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Səid Alaa Naif Əli öldürülüb.

Məlumatda onun İsrail obyektlərinə hücumlara rəhbərlik etdiyi və HƏMAS sıralarına döyüşçülər cəlb etdiyi bildirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar