Ru
22:36 / 02 Oktyabr 2024

HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə götürüb

621
Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bakupost.az -ın məlumatına görə, bu barədə radikalların telegram kanalında müvafiq bəyanat yerləşdirilib.

Yaraqlıların sözlərinə görə, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.

Qeyd edək ki, Təl-Əviv şəhərinin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb. Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar