Fələstinin HƏMAS hərəkatının tərəfdarları İsrailin Nuseyrat qaçqın düşərgəsindən dörd həmvətənini azad etmək əməliyyatından sonra Qəzzada saxlanılan girovların sayını artıracaqları ilə hədələyir.
Bakupost.az xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi Teleqram kanalında bildirilib.
“İsrail hərbçilərinin 8 aydan sonra girovlarından bir neçəsini azad etdiyini elan etməsi onların Qəzzada strateji məğlubiyyətə uğraması faktını dəyişmir: biz hələ də xeyli sayda girov saxlayırıq və onların sayını daha da artırmağa qadirik”, - bəyanatda vurğulanıb.
HƏMAS ABŞ-ın İsrailin Nuseyrat əməliyyatında fəal iştirak etdiyini təsdiqləyib.