İsrail Qəzza zolağında atəşkəsə gedərək HƏMAS hərəkatı qarşısında kapitulyasiya etdi.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu fikri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri səsləndirib.
Onun sözlərinə görə, "Müqavimət oxu" İsrailə qarşı mübarizəyə mətanətlə dözərək onun rəhbərliyinə atəşkəsi qəbul etdirməyə nail olub.
"Beləliklə, İran və HƏMAS-ı dəstəkləyən qüvvələr İsrail dövlətinin "İslam döyüşçülərinin dəmir iradəsinə" təslim olmasının şahidi oldular”, - deyə Baqiri bildirib.
Lalə, BakuPost