Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti bu gün Moskvaya səfər edəcək.
Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, nümayəndə heyətinə hərəkatın Siyasi Bürosunun rəhbərinin müavini Musa Abu Marzuk rəhbərlik edəcək.
HƏMAS nümayəndələri səfər zamanı Rusiya Xarici İşlər Nazirliyində danışıqlar aparacaq.
İlkin məlumata görə, danışıqlar zamanı Qəzza zolağına humanitar yardımın göstərilməsi müzakirə ediləcək.