Ru
22:26 / 11 Fevral 2025

HƏMAS Trampın təhdidlərinə cavab verdi

HƏMAS Trampın təhdidlərinə cavab verdi
684

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, Qəzza zolağında qalan girovları azad etməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Hərəkat təhdid dilinin yersiz olduğunu və vəziyyəti çətinləşdirdiyini vurğulayıb.

Bəyanatda qeyd edilib ki, HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyib və bildirib ki, müqavilənin şərtlərinə əməl olunması girovları azad etməyin yeganə yoludur.

Bundan əvvəl Tramp Fələstinin radikal HƏMAS hərəkatından tələb edib ki, fevralın 15-i günortaya qədər bütün israilli girovları azad etsin, əks halda Qəzza zolağında atəşkəs pozulacaq.

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar