Ru
19:31 / 10 Oktyabr 2024

"Həmin aparıcılardan bezmişəm”

810
Aparıcı Mətanət Əliverdiyeva həmkarlarını tənqid edib.

Bakupost.az xəbər verie ki, M.Əliverdiyeva “Xəzər axşamı” verilişində Əməkdar artist Gövhər Rzayevaya aparıcıların hər zaman təkrar suallar verməsini soruşub.

Aparıcının “Bilmirəm niyə görə aparıcılar sizə eyni sualları verir, məni çıxmaq şərti ilə... Həyatınızla bağlı sizə suallar verirlər. Halbuki siz bu haqda dəfələrlə danışmısınız. Ərinizlə bağlı da açıqlamalar vermisiniz. Amma olmaz belə... Bu xanımda o qədər yeniliklər var ki... Bu xanım başdan-ayağa yenilikdir” sözlərinə musiqiçi belə reaksiya verib:

“Onlar danışmağa söz tapmırlar. Mənə aparıcılar verilişdə sual verirlər. Mən də onlara cavab verirəm. Onlara dəfələrlə deyirəm ki, bu haqda başqa verilişlərdə danışmışam, amma deyirlər ki, yenə danış. Özüm də bundan narazıyam. Eyni şey haqqında nə qədər danışmaq olar? Bezirəm. Deyirlər ki, aşığın sözü qutaranda, yarım-yarım deyir. O aparıcılar da elədir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar