Ru
15:35 / 06 Dekabr 2024

“Həmin bəndlər qaldıqca, sülh mümkün deyil” - Elxan Şahinoğlu

“Həmin bəndlər qaldıqca, sülh mümkün deyil” - Elxan Şahinoğlu
1085


“Ermənistan Konstitusiya Məhkəməsinin Azərbaycanla sərhədlərin reqlamentinə dair bir qərarı oldu. Bu qərarda konstitusiya və bəyannaməyə istinad edilmədi. Həmin qərar Azərbaycanı qane etmir. Bakının tələbi odur ki, ərazi iddiaları konstitusiyadan və bəyannamədən çıxarılsın. Çünki sonradan iddia edə bilər ki, həmin məsələlərə istinad edilməyib”.

Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.



O vurğulayıb ki, Ermənistan parlamentində həmin məsələləri səsvermə yolu ilə həll etmək mümkündür. Eyni zamanda referendumla da bu hallar aradan qaldırılmalıdır: “Həmin bəndlər aradan qaldırılmayınca, Azərbaycanla sülh sazişi imzalamaq mümkün deyil. Bununla bağlı addım atılsa, sülh sazişinin imzalanması sürətlənəcək. Beləliklə, qısa zamanda sülh sazişini imzalamaq mümkün olacaq”.
Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar