“2025-ci ildə çərçivə sülh sazişi üzrə bir çox irəliləyişlərin əldə ediləcəyi gözlənilir. Hətta sülh sazişinin imzalanması da mümkündür. Çünki demək olar ki, çərçivə sülh razılaşması tam hazırdır”.
Onun sözlərinə görə, artıq bir çox məsələ razılaşdırılıb:
“Sülh sazişinin ilkin müddəası ətrafında müzakirələr gedir. Artıq bu istiqamətdə də razılaşmaların əldə olunması ilə bağlı informasiyalar mövcuddur. Ona görə də gələn il nəhayət, sülh müqaviləsinin imzalanması baş tuta bilər”.
Politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, sülh üçün rəsmi Bakının tələbləri fonunda Ermənistan bir çox məsələləri həll etməlidir. Bu, ilk növbədə konstitusiya ilə bağlıdır:
"Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Rəsmi Bakının tələbi odur ki, bu müddəalar ləğv edilsin. İkinci məsələ ATƏT-in Minsk qrupu ilə bağlıdır. Keçmiş münaqişə dövründə yaranmış Minsk qrupuna artıq ehtiyac yoxdur. Bundan sonra bu qrupu saxlamaq mənasızdır. Nəhayət, erməni tərəfi də Minsk qrupunun tarixə qovuşmasına razıdır. Bu halda sülhlə bağlı daha bir tələb aradan qalxmış olur”.
Sevinc,
BakuPost