Abşeron rayonu, Masazır qəsəbə sakinləri zibillərin daşınmamasından şikayətçidirlər.
Bu barədə
Bakupost.az –a müraciət edən Səməd Vurğun küçəsinin sakinləri deyirlər ki, hər ay zibil pulu ödənilsə də, onlara xidmət göstərilmir:
“Cəmi bir neçə məhlənin girişində zibil qutuları yerləşdirilib. Artıq 2 həftədən çoxdur, gəlmirlər. Hər qapıda zibil yığılıb qalıb. Yayın istisində zibillər iy verir. Kimin maşını var, doldurur aparır atır. Olmayan isə əlində daşıyır. Əgər özümüz atacağıqsa, nəyə görə zibil pulu yığırlar?”.
Məsələ ilə bağlı Masazır bələdiyyəsi ilə əlaqə saxladıq.
Bələdiyyənin Azər adlı sahə rəisi Bakupost.az –a bildirdi ki, gün ərzində problem həll olunacaq:
“Bu gün həmin əraziyə maşın göndəriləcək. Texnika sıradan çıxdığı üçün belə bir problem yaranmışdı. Ümumiyyətlə, həftədə 2 dəfə zibillər yığışdırılır”.
Aygün
BakuPost