ABŞ-da nəşr olunan bir araşdırmaya görə, dünyada hər dörd nəfərdən biri həyatı boyu subay qalacaq. Belə ki, aparılan sorğuların nəticələri evlilik nisbətnin azaldığı və fərdi həyat tərzinə meylin artdığını göstərir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yerləşən Pev Araşdırma Mərkəzinin son araşdırması sosial normalarda əhəmiyyətli dəyişikliklər aşkar edib. Nəticələrə görə, indiki gənclərin 50 yaşı tamam olanda hər dörd nəfərdən biri heç vaxt evlənməyəcək.
Alimlərin fikrincə, bu tendensiya gənc nəslin nikah və ailə quruluşuna ənənəvi yanaşmalarından uzaqlaşdığını göstərir.
Pev Araşdırma Mərkəzi bildirib ki, 40-54 yaşlılar arasında subayların sayı 1990-cı ildə 24% olduğu halda, 2019-cu ildə bu göstərici 31%-ə yüksəlib.
Bu tendensiya evlilik nisbətinin azalması ilə bağlı narahatlıqları artırıb. Araşdırmalar sübut edib ki, subay fərdlər ümumiyyətlə, daha yüksək səviyyədə özünü təmin etmək və şəxsi inkişaf barədə düşünürlər. Onlar həm də evli fərdlərə nisbətən daha çox şəxsi azadlıq və qərar vermə qabiliyyəti hiss etdiklərini deyiblər. Araşdırma nəticəsində məlum olub ki, subay həyat tərzi daha çox qəbul edilir və evlilik institutuna baxış bucağı dəyişib.
Vasif
BakuPost