Ru
21:24 / 28 Noyabr 2024

Hər gün ömrü 6 saat uzatmaq olar

Hər gün ömrü 6 saat uzatmaq olar
Eye

Yeni tədqiqatın nəticələrinə görə, 1 saatlıq gəzinti insan ömrünü altı saat uzada bilər.

Bakupost.az xəbər verir ki, bu barədə British Journal of Sports Medicine jurnalı Qriffit Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya istinadən bildirib.

Nəşr qeyd edib ki, 40 yaşdan yuxarı insanlar fiziki aktivliklərini artıraraq 11 il daha çox yaşaya bilərlər.

Tədqiqatda qeyd edilir ki, əhalinin ən aktiv 25 faizi ilə ən az aktiv 25 faizi arasında ölüm riski 73 faiz fərqlənir. Ən az hərəkətli olanlar hər gün gəzinti vərdişi ilə bu fərqi əhəmiyyətli dərəcədə azalda bilərlər.

Tədqiqatın rəhbəri professor Lennart Virman bildirib: "Bu, tamamilə əldə edilə bilən bir hədəfdir. Çünki artıq əhalinin dörddə biri bu səviyyədə fiziki aktivliyə malikdir".

Fiziki aktivlik siqareti tərgitməklə müqayisə edilə biləcək fayda verir. Çünki hərəkətsizlik siqaret qədər zərərli hesab olunur. Araşdırmalara görə, hər siqaret insan ömrünü 11 dəqiqə azaldır. Daha çox fiziki hərəkət ürək-damar xəstəlikləri, insult, xərçəng və digər xroniki xəstəliklərin riskini də azaldır.

Ekspertlər bildirir ki, gündə üç saat gəzinti sağlamlığın əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb ola bilər. Hətta kiçik bir fiziki aktivlik artımı belə, ömrü uzatmaqda və həyat keyfiyyətini yaxşılaşdırmaqda təsirlidir.

Lalə, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar