Ru
18:27 / 12 Fevral 2025

Hərbçi qadın 30 ildir evini geri ala bilmir - VİDEO

Hərbçi qadın 30 ildir evini geri ala bilmir - VİDEO
891

Vətəndaş Zəminə Bayramova Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Rayon Məhkəməsindən şikayətçidir. O iddia edir ki, 1992-ci ildə aldığı mənzili özünün də xəbəri olmadan əlindən alınıb.

Belə ki, Z.Bayramova 1992-ci ildə həyat yoldaşı ilə birlikdə 48 min manat dəyərində ev alıb. Həmin il həyat yoldaşı müharibəyə yollanıb və yeni aldıqları evdə qala bilməyiblər. Qadın qaynatasıgilə yaşamağa başlayır və aldıqları evin sənədlərini də özü ilə aparır. Bir müddət sonra qayınatasagilin evi Z.Bayramovanın sənədləri ilə birlikdə yanır.

Bundan sonra Z.Bayramova evinin sənədlərini bərpası üçün Yasamal rayon İcra Hakimiyyətinə, Baş nazir Əli Əsəsdova müraciət edir. ”

Yasamal Rayon Məhkəməsi isə Z.Bayramova əleyhinə qərar çıxarır. Bildirilir ki, ev haqqında heç bir sənəd olmadığından şikayəti təmin edilməsin. Bundan sonra şikayətçi kommunal xərcləri kimin ödədiyi ilə maraqlanmaq üçün “Azərişıq” ASC-yə gedir. Orda məlum olur ki, evin bütün kommunal xərcləri Kamal Sarıyev adlı şəxs tərəfindən ödənilir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu unvanladıq. Bildirildi ki, iş məhkəmədə olduğundan açıqlama verilmir. Yasamal rayon Məhkəməsindən isə Z.Bayramovaya apellyasiya şikayəti verməyi məsləhət gördülər.

Fatma, BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar