Ru
15:25 / 24 Yanvar 2025

Hesablama Palatası bu ali məktəblə bağlı nöqsanlar AŞKARLADI

Hesablama Palatası bu ali məktəblə bağlı nöqsanlar AŞKARLADI
724

Hesablama Palatası Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyası tərəfindən 2022-2023-cü illәrdә, elәcә dә 2024-cü ilin birinci rübündә dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğunun qiymәtlәndirilmәsi məqsədilə audit aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə "APA-Economics"ə Palatadan bildirilib.

Qeyd olunub ki, nәzarәt mexanizmlәrinin tәtbiq edilmәmәsi sәbәbindәn Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin tәhsil müәssisәsinin mәnfәәtinin dividendlәrin ödәnilmәsinә yönәldilәn hissәsi istisna olmaqla mәnfәәt vergisindәn azad olması ilә bağlı tәlәbi pozularaq Akademiyanın tәqdim etdiyi mәnfәәt vergisinin bәyannamәsindә 2023-2024-cü illәrdә cәmi 12,0 min manat mәnfәәt vergisi hesablanıb, düzgün olmayaraq ödәnilmiş vergi mәblәği belә hüquqi aktların tәlәb etdiyi faiz dәrәcәsinә uyğun olmayıb.

Kadr potensialının düzgün idarә olunmaması dövlәt vәsaitlәrinin әlavә vә bәzi hallarda isә artıq istifadәsinә sәbәb olub. Belә ki, üzgüçülük hovuzunun fәaliyyәt göstәrmәmәsi fonunda ştat cәdvәli ilә tәsdiq edilmiş ştatlar saxlanılıb, 2022-2023-cü illәrdә cәmi 55,7 min manat әmәk haqqı hesablanaraq ödәnilib.

Ümumiyyәtlә, auditin әhatә etdiyi tәdris illәrindә ştat cәdvәli üzrә kadrların sayı 122,5 vahid vә ya 21,9% artmış, artım inzibati heyәt üzrә tәmin olunub, Akademiya tәrәfindәn әmәyin ödәnilmәsinә 2022-2023-cü illәrdә vә 2024-cü ilin ilk rübündә müvafiq olaraq 9688,9
min manat, 11515,4 min manat vә 3313,5 min manat vәsait icra edilib.

Әmәyin ödәnilmәsi prosesindә bir sıra nöqsanlara yol verilib, nöqsanlar mükafatların vә mәzuniyyәt mәblәğlәrinin düzgün hesablanılmaması, elәcә dә, әmәk fәaliyyәti sona çatdırılmış әmәkdaşlara vәsaitin ödәnilmәsi ilә bağlı olub.

Qeyd edәk ki, bu nöqsanlar nәticәsindә artıq vә düzgün olmayaraq ödәnilmiş vәsaitin mәblәği әmәyin ödәnişi ilә bağlı xәrclәnmiş
mәblәğin icra vәziyyәtinә әhәmiyyәtli tәsir göstәrmәyib.

Akademiya tәrәfindәn xәrclәr smetasının tәrtibi zamanı xarici ölkәlәrdәn dәvәt edilmiş әmәkdaşlara vәsaitin ödәnilmәsi düzgün olmayaraq “Xarici ezamiyyәtlәr” maddәsindә nәzәrdә tutulmaqla icra edilmiş, toplanmış audit sübutları ilә müәyyәn olunmuşdur ki, 2022-2023-cü
illәrdә smetada “Xarici ezamiyyәtlәr” kimi tәsniflәşdirilmiş vәsaitin Akademiyanın xarici ölkәlәrә ezam olunmasına yönәldilmiş hissәsi tәxminәn 22,0%-23,0% tәşkil edib.

Ezamiyyәlәr üzrә xәrclәrin icrası prosesindә әksәr hallarda hesabatlar mühasibatlığa tәqdim olunmamış, normaların düzgün tәtbiq edilmәmәsi sәbәbindәn 1,6 min manat ezamiyyә haqqı artıq hesablanaraq ödәnilib.

Dövlәt sifarişi ilә tәhsilin maliyyәlәşdirilmәsini tәnzimlәyәn hüquqi aktların tәlәblәrinә әmәl olunmaması ayrılmış mәqsәdli vәsaitlәrin istifadә olunmayan hissәsinin geri qaytarılmaması ilә nәticәlәnib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar