"Hazırda Vətənimdə - sanatoriyadayam. Müalicə alıram, çalışıram həm də dincəlim. Gizlətmirəm ki, deputatlığa namizədliyimi verməmək qərarım mənə, ailəmə və Partiyama həyacanlı, sarsıdıcı təsir göstərib. Buna görə hər kəsdən üzr istəyirəm".
Bakupost.az xəbər verir ki, bunu Pravda.az -a açıqlamasında VI çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
"Həyatda millət vəkili olmaq arzumdan başqa vəzifə tutmaq diləyim olmayıb. Ancaq yorğunluğumu nəzərə alıb, bir müddət istirahət etmək qərarına gəldim. Sədrlik etdiyim Vəhdət Partiyası siyasi kursuna dəyişiklik etməyəcək. Biz Dövlətimizi, xalqımızı təmənnasız sevirik!" - o qeyd edib.