Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürüb.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist özünün sosial media hesabında bildirib.
O, yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacağını qeyd edib.
Azər Rəşidoğlu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.
Qeyd edək ki, jurnalist Azər Rəşidoğlu bir müddət əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunub.