Ru
14:45 / 10 Aprel 2025

Heydər Əliyev prospektində AĞIR QƏZA - 2 NƏFƏR XƏSARƏT ALIB - FOTOLAR+VİDEO - YENİLƏNİB

Heydər Əliyev prospektində AĞIR QƏZA - 2 NƏFƏR XƏSARƏT ALIB - FOTOLAR+VİDEO - YENİLƏNİB
Eye

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub.


TƏBİB-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.


1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.


****

14:45

Bakıda Heydər Əliyev prospektində qəza olub.


Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar