Suriyada son iki gündə Hələbi ələ keçirən, İdlibdə tam nəzarəti bərpa edən Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Əbu Məhəmməd əl-Culaninin öldürülməsi barədə xəbərlər yayılıb.
Bakupost.az -ın xəbərinə görə, bu barədə bu gün səhər Suriya rəsmi mətbuatı bildirib .
Qeyd edilib ki, Əbu Məhəmməd əl-Culani Rusiya və Suriya qırıcılarının İdlib şəhərinə hava zərbəzsi zamanı öldürülüb.
HTŞ hələ ki, bu barədə məlumatı nə təsdiq, nə də təkzib edib. Bəzi KİV-lər isə fotoları yayılan şəxsin əl-Culaninin oxşarı ola biləcəyini iddia ediblər.