Ru
14:08 / 26 İyun 2024

“Heyif ki, qəhrəmanlarımızın hamısını tanıya bilməmişik” - Professor

1377
“Mənə elə gəlir ki, 44 günlük Vətən müharibəsindən və Qarabağ qalibiyyətindən sonra orduya münasibət yaxşıya doğru çox dəyişib. Həqiqətən hər kəs Azərbaycan Milli Ordusunu Azərbaycan Dövlətinin, istiqlalının əsas qoruyucusu kimi qəbul edir”.

Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli deyib ki, şəhid Natiq Qasımovun Milli Qəhrəman adına layiq görülməsini hər kəs ədalətli bir qərar olaraq təsdiqləyir:

“Çox heyif ki, biz bu müharibənin gedişatında Mübariz İbrahimov, Natiq Qasımov kimi qəhrəmanların hamısını tanıya bilməmişik. Ona görə bu cür faktların ortaya çıxması, qəhrəmanların tanıdılması, onlara layiqli qiymətin verilməsi hər kəsin ürəyincədir. Yəni nə qədər şablon olsa da, bu ifadə yenə öz gücünü, semantikasını saxlayır ki, heç nə unudulmur, heç kəs yaddan çıxmır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər