Ru
09:46 / 26 Aprel 2025

Hindistan və Pakistan arasında atışma yenidən başladı

Hindistan və Pakistan arasında atışma yenidən başladı
Eye

Hindistan Silahlı Qüvvələri bu gün Pakistanla aralarında yenidən silahlı atışmanın başladığını açıqlayıb.

Bakupost.az xəbər verir k, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.

Özünü “Kəşmir Müqaviməti” adlandıran az tanınan silahlı qrup sosial media mesajında hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hindistan həmin qrupun Pakistanda yerləşən “Ləşkər-e-Taiybə” və “Hizbul Mücahid” kimi silahlı təşkilatlara bağlı olduğunu iddia etsə də, İslamabad bununla razılaşmır.

Hücumdan sonra iki nüvə dövləti bir-birinə qarşı bir sıra tədbirlər görüb, Hindistan su müqaviləsini dayandırıb, Pakistan hava məkanını “Air India” üçün bağlayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar