Ru
11:54 / 04 İyul 2024

Hindistanda dini mərasimdə ölənlərin sayı artdı

1035
Hindistanda dini mərasim zamanı izdihamda ölənlərin sayı 123-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, NDTV kanalının xəbərinə görə, iyulun 2-də Hathras bölgəsində keçirilən "satsanq" adlı ritual zamanı izdiham yaşanıb. Səlahiyyətlilər, daha 2 yaralının ölməsi ilə ölənlərin sayının 123-ə yüksəldiyini açıqlayıb.

Uttar Pradeş Baş nazirinin müavini Brajeş Pathak açıqlamasında 23 yaralının xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Hadisədən 2 gün keçməsinə baxmayaraq, hələ də saxlanılan olmayıb.

Digər tərəfdən, ritualı həyata keçirən Harinin harada olduğu hələlik məlum deyil.

Səlahiyyətlilər izdihamla bağlı araşdırmalara başlayıb.

İlkin məlumata görə, hadisəyə həddindən artıq sıxlıq, yanlış təşkilatçılıq, əlverişsiz hava şəraiti böyük təsir göstərib.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər