Ru
18:10 / 04 Noyabr 2024

Hindistanda MİQ-29 qırıcısı qəzaya uğradı

Hindistanda MİQ-29 qırıcısı qəzaya uğradı
Eye

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MİQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb.
.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrindən verilən yazılı açıqlamada MiQ-29 qırıcı təyyarəsinin Uttar Pradeş ştatında, Aqra şəhəri yaxınlığında adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Pilot katapult edib. Qırıcı təyyarə boş sahəyə çırpıldıqdan sonra alovlanıb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Lalə Rövşən, Bakupost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar