Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, Hindistanın cənubundakı Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri səbəbindən itkilər artır.
Kerala Baş Naziri Pinarayi Vijayan verdiyi açıqlamada, Vayanad bölgəsində baş verən torpaq sürüşmələrində həyatını itirənlərin sayının 93-ə, yaralıların sayının isə 128-ə yüksəldiyini bildirib.
Vijayan çox insanın yerin altında qaldığını və sürükləndiyini bildirib.
Torpaq sürüşməsinin kəndlilər yatarkən baş verdiyini bildirən nazir bu səbəbdən can itkisinin çox olduğunu bildirib.
Ştatda axtarış-xilasetmə işləri Hindistan Hərbi Hava Qüvvələrinin dəstəyi ilə davam edir.
Elnur
BakuPost