Ru
17:13 / 25 Aprel 2025

Hindistanla Pakistan arasında gərginlik - Müharibə başlayır?

Hindistanla Pakistan arasında gərginlik - Müharibə başlayır?
Eye

Hindistanın Kəşmir vilayətində turistlərə qarşı qanlı hücumdan sonra bu ölkə ilə Pakistan vizaları qarşılıqlı şəkildə ləğv edib, diplomatik əlaqələri məhdudlaşdırıb.

Bakupost.az "Daily Sabah"a istinadən bildirir ki, mülki şəxslərin həyatına son qoyan hücum mübahisəli bölgədə onsuz da kövrək olan sabitliyi sarsıdıb.

Dehli hadisənin Pakistanla əlaqəli olduğunu iddia etsə də, bunu sübut edən konkret fakt təqdim etməyib. İslamabad bu ittihamları rədd edərək, sərhədin o tayından yönələn təhdidlərə cavab verməyə hazır olduğunu bildirib.

Bunun ardınca Hindistan vizaları ləğv edib, səfirlik heyətini azaltmaqla yanaşı, ticarət və su paylaşımı razılaşmalarını da dayandırıb. Pakistan isə hava məkanını Hindistan üçün bağlayıb və iqtisadi əlaqələri kəsib.

Baş nazir Narendra Modi Pakistan tərəfinin sərhəddə hindistanlı hərbçilərə hücumuna cavab olaraq sərt addımlar atılacağını vurğulayıb. Pakistanın xarici siyasət rəhbərliyi isə qarşılıqlı hərbi cavab ehtimalını istisna etməyib.

Pakistanın sərhədçilərə hücumu həm Hindistanda, həm də Kəşmir bölgəsində ictimai qəzəbə səbəb olub. Bölgə sakinləri etiraz aksiyaları və yürüşlərlə buna etiraz ediblər.
Analitiklər xəbərdarlıq edir ki, iki ölkə arasında gərginliyin dərinləşməsi regionda sabitliyi ciddi şəkildə poza bilər.

Cavidan Salmanov, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar