Ru
18:04 / 17 Yanvar 2025

Hipperdən Pezeşkiyanın Moskva səfərinə REAKSİYA

Hipperdən Pezeşkiyanın Moskva səfərinə REAKSİYA
Eye


Avropa Komissiyasının Xarici Siyasət Xidmətinin nümayəndəsi Anita Hipper İran Prezidenti Məsud Pezeşkiyanın dövlətlər arasında strateji tərəfdaşlıq sazişinin imzalanması məqsədilə Rusiyaya səfərini şərh edib.

Bakupost.az "Evropeyskaya Pravda"ya istinadən xəbər verir ki, mətbuat konfransı zamanı ona İran liderinin müqaviləni imzalamaq üçün Moskvaya səfəri barədə sual verilib. Cavabında o bildirib ki, bu, Rusiyanın zəifliyini göstərir.

“Sülhlə maraqlandığı barədə bəyanatlarına baxmayaraq, Rusiya əksinə, qanunsuz təcavüzünü davam etdirmək üçün ümidsiz şəkildə kömək axtarır. Bu, Rusiyanın zəifliyini daha da aydın göstərir”, - deyə Hipper iddia edib.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar