Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:09 / 18 Oktyabr 2024

"Hizbullah" İsrailin hərbi bazalarına hücum etdi

595
"Hizbullah" bölmələri İsrailin Qolan Təpələri və Aşağı Qalileydəki hərbi bazalarına hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.

Bakupost.az xəbər verir ki, bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş kommünikedə deyilir.

“İslam müqavimətinin pilotsuz təyyarələri şimal hərbi dairəsinin qərargahının yerləşdiyi Safed şəhərində düşmən qüvvələrinin və hərbi texnikasının cəmləşdiyi əraziyə hücum edərək, ona xeyli ziyan vurub”, - mətndə qeyd edilir.

Qeyd olunur ki, əməliyyat “Livan və Fələstin xalqının İsrail təcavüzünə qarşı müqavimətinə dəstək məqsədilə” həyata keçirilib.

Kommünikedə Qolan təpələrində yerləşən Yoafdakı İsrail ordusu kazarmalarının raket və minaatanlardan atəşə tutulduğu da bildirilib.

Qərbi Qalileyada şiə döyüşçüləri İsrail Hərbi Dəniz Qüvvələrinin Roş-ha-nikrradakı bazasına hücum edərək, bir neçə raket atıblar. Sərhəd bölgəsində baş verən hücumun nəticələri barədə məlumat verilmir.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar