Ru
12:39 / 18 Yanvar 2025

Hökumə Əliyevanın adına köçürülən 80 minin oğurlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hökumə Əliyevanın adına köçürülən 80 minin oğurlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
997


Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Belə ki, H.Əliyevanın atası Cəlil Əliyev onun kartdan 80 507 manat pul çəkildiyini bildirib. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Real TV-yə açıqlamasında bununla bağlı dünən Daxili İşlər Nazirliyinə məlumat daxil olduğunu bildirib.

“Hökumə xanımın atasının müraciəti əsasında araşdırma aparılır. Artıq faktla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa qarşı Baş Mübarizə İdarəsində cinayət işi başlanılıb. Həmin dələduzluq əməlini törədən şəxs və şəxslərin müəyyən edilməsi və dəymiş ziyanın təmin olunması istiqamətində tədbirlər görülür".

Məsələ ilə bağlı “Kapital Bank”dan da bildirilib ki, artıq araşdırma başlanılıb:

"Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək".

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar