Xəbər verdiyimiz kimi, dünən baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri də 33 yaşlı stüardessa Hökümə Əliyevadır. Təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə onun videogörüntüləri yayılıb. 33 yaşlı Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verir, onları təmkinli olmağa səsləyir. Onun “Hər şey yaxşı olacaq” dediyi video sosial mediada geniş müzakirə olunur.
Bakupost.az faciəli qəzada həlak olan qəhrəman stüardessa Hökümə Əliyeva ilə bağlı məlumatları təqdim edir:
Əslən Kəlbəcərdən olan, Gənəcədə köçkün şəhərciyində böyüyən Hökümə Əliyeva yüksək akademik nailiyyətləri ilə seçilən bir gənc kimi tanınıb. O, qəbul imtahanlarında 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Daha sonra təhsilini magistratura və doktorantura pillələrində uğurla davam etdirib.
Hökümə Əliyeva 2016-cı ildən hava yollarında çalışmağa başlayıb. Əvvəlcə tərcüməçi kimi fəaliyyət göstərən Hökümə, daha sonra işini stüardessa kimi davam etdirib.
Son zamanlarda isə onun karyerasında yeni mərhələ başlayacaqdı. Faciəli qəza baş verməsəydi, Hökümə Əliyeva AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi...
Rəhman Mirzəlizadə, BakuPost